AZ

Azərbaycan Kuboku: İkinci təsnifat mərhələsi başlayır

Bu gün Azərbaycan Kubokunun II təsnifat mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, bu mərhələdən başlayaraq yarış Bizon Azərbaycan Kuboku adlanacaq. 

Belə ki, Peşəkar Futbol Liqası dünən sözügedən şirkətlə yeni sponsorluq müqaviləsi imzalayıb. 

İki günə sığacaq mərhələnin ilk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Bu mərhələdən etibarən bir neçə Premyer Liqa klubu da mübarizəyə qoşulacaq. Konkret, bu gün "Turan Tovuz", "İmişli" və "Kəpəz" üçün "ikinci cəbhə" açılacaq. 

Qeyd edək ki, mərhələnin dörd oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

Bizon Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr

14:00. "Göygöl" – "Baku Sportinq"
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu

14:00. "Karvan-Yevlax" – "Şəki Siti"
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

14:00. "Qaradağ Lökbatan" – "İmişli"
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Cəbrayıl" – "Şəfa"
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Kəpəz" – "Ağstafa Gəncləri"
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu

17:00. "Dinamo" – "Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Azərsun Arena"

Seçilən
49
fanat.az

1Mənbələr