AZ

Azərbaycan avqust ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub

Bakı. Trend:

Azərbaycan 2025-ci ilin avqust ayında Türkiyəni ən çox təbiiqazla təchiz edən üç tədarükçü arasında öz mövqeyinimöhkəmləndirib.

Trend bu barədəTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadlaxəbər verir.

Belə ki, hesabat dövrü ərzində Türkiyə Azərbaycandan 1,047milyard kubmetr təbii qaz idxal edib ki, bu 2024-cü ilin avqustgöstəricisi ilə müqayisədə 41,10 faiz çoxdur. Bununla daAzərbaycan, boru kəməri qazı tədarükçüləri arasında RusiyaFederasiyasından sonra ikinci yeri tutaraq aylıq tədarük həcminəgörə İran İslam Respublikasını geridə qoyub.

Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 840,01 milyonkubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki491,34 milyon kubmetrlə müqayisədə 70,97 faiz çoxdur. RusiyaFederasiyası isə ən böyük tədarükçü statusunu qoruyaraq avqustayında 1,835 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Halbukiötən ilin eyni dövründə bu göstərici 2,274 milyard kubmetrdən artıqolmuşdu.

Ümumilikdə, 2025-ci ilin avqust ayında Türkiyəyə təbii qazidxalı 4,021 milyard kubmetrdən çox olub və bu, ötən ilin eynidövründəki təxminən 3,893 milyard kubmetrlə müqayisədə 3,31 faizartım deməkdir. Boru kəməri qazının idxalı 6,12 faiz artaraqtəxminən 3,723 milyard kubmetr təşkil edib, mayeləşdirilmiş təbiiqazın idxalı isə 22,35 faiz azalaraq 298,73 milyon kubmetrolub.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr