Hindistan dövlət şirkətləri kiçik təchizatçılarla işləyərək Rus neftini ucuz qiymətə almaq niyyətindədirlər…
Poliqon xəbər verir ki, Bloomberg Agentliyi məlumatına görə,, Hindistanın dövlətə məxsus neft emalı müəssisələri Rusiyadan neft alınmasını davam etdirmək üçün “Rosneft” və “Lukoil” kimi enerji nəhəngləri ilə deyil, kiçik təchizatçılarla əməkdaşlığa baş vura bilərlər. (Bloomberg)
Bu qərar ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda təhlil edilir. Bloomberg yazır ki, Hindistan şirkətləri endirimli qiymətlərlə Rus nefti almaq marağındadırlar və bu məqsədlə təchizat şəbəkələrini diversifikasiya etməyi düşünürlər.
Hazırda Hindistanın neft emalı sektoru üçün əsas çağırışlardan biri ABŞ-ın Rusiyadan neft almaqla bağlı artan təzyiqləridir. Agentlik bildirir ki, bu məsələ həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm rol oynayır.
Poliqon.info