AZ

Tramp Türkmənistan Prezidentini Ağ Evə dəvət etdi

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu noyabrın 6-da Ağ Evdə keçiriləcək Mərkəzi Asiya liderlərinin görüşündə iştirak üçün dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə TDH məlumat yayıb.

Sammitdə ABŞ və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Donald Tramp birgə səylərin mühüm nəticələrə gətirib çıxaracağına əminliyini ifadə edib və Vaşinqtonda görüşü səbirsizliklə gözlədiyini vurğulayıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr