AZ

Göygöldə 20 yaşlı şəxs bıçaqlandı

Ajans.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndinin yaxınlığında qeydə alınıb. Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Seçilən
26
7
Ajans.az

8Mənbələr