Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Göygöldə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib. Belə ki, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü İ.Orucov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatırlıb. 20 yaşlı gəncə dərhal yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, İ.Orucov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.