09:58 28.10.2025
09:58 28.10.2025
Balıkesirdə dünən axşam saatlarında baş verən 6.1 ballıq zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb.
Mynews.az xəbər verir ki, bununla bağlı Kandilli Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, afterşoklar Sındırgı,Bigadiç və Dursunbeydə 2-4.5 bal gücündə olub.
Qeyd olunub ki, vətəndaşlar gecəni küçələrdə keçirməli olublar.
Rəsmi şəxslər insanlara dağılma təhlükəsi olan binalara girməməklə bağlı çağırış edib.