
Ulusum.az xəbər verir ki, Almaniyanın Müdafiə Nazirliyi ölkədəki keçmiş hərbi ərazilərin mülki istifadəyə verilməsi prosesini dayandırıb.Ulusum.az “Tagesschau” xəbər xidmətinə istinadən bildirilib ki, qərarın əsas səbəbi Almaniya ordusunun — Bundesverin genişləndirilməsi və əlavə hərbi obyektlərə olan tələbatın artmasıdır.İlkin mərhələdə qərar 187 keçmiş hərbi ərazini əhatə edir. Ulusum.az xəbər verir ki, bu ərazilər Əmlak Məsələləri üzrə Federal Agentliyə məxsusdur və Bundesver tərəfindən istifadəyə yararlı hesab olunur.Bundan əlavə, daha əvvəl bağlanması planlaşdırılan 13 mövcud hərbi obyekt, o cümlədən Berlində yerləşən Tegel aeroportunun bir hissəsi də strateji ehtiyat fondu kimi saxlanılacaq. Zərurət yaranarsa, bu obyektlər qısa müddətdə yenidən Bundesverin istifadəsinə veriləcək.Xatırladaq ki, Almaniyada hərbi ərazilərin mülki istifadəyə verilməsi prosesi 1990-cı illərdə, “Soyuq müharibə”nin sona çatması və ordunun ixtisarından sonra başlamışdı. Ulusu.az xəvər verirki, 2010-cu illərdə isə ümumi hərbi xidmətin ləğvindən sonra bu proses daha da sürətlənmişdi.Ulusum.az
Diqqət Çəkənlər
“Tank” ləqəbli Məhəmməd Abbaszadə: Rinqdə iradə və zəfər hekayəsi - VİDEO
Kətan sıyığı meyvələrlə
Giləmeyvəli qarğıdalı sıyığı