ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Ən yaxşı oyunumuzu sərgiləmədik". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib. 31 yaşlı hücumçu Misli Premyer Liqasının IX turunda "Arax-Naxçıvan"la heç-heçə etdikləri (2:2) matçla bağlı fikirlərini bölüşüb: "Oyun ərzində bir çox qol fürsətimiz olsa da, lazımınca dəyərləndirə bilmədik. Əvəzində, oyunun son dəqiqəsində künc zərbəsi zamanı adi səhvə yol verdik və vacib 2 xal itirdik. Fikrimcə, qalib gəlməli olduğumuz oyun idi". Almaniyalı forvard qarşılaşmadakı hakim idarəçiliyi barədə danışıb:"Hakimin son dəqiqədə verdiyi cərimə zərbəsi də qəribə idi. Artıq bu matçı unudub, qarşıdakı oyunumuza köklənməliyik. İnanıram ki, "Qəbələ" ilə oyundan 3 xalla ayrıla biləcəyik".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.