AZ

Azərbaycanda bankların aktivləri 56 milyard manatı ötdü

BAKI, 28 oktyabr. TELEQRAF

Bu il oktyabrın 1-nə Azərbaycanda bankların cəmi aktivləri 56 milyard 138 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank-ın "Statistik Bülleten" ində məlumat verilib.

Məlumata görə, bank sektorunun cəmi öhdəlikləri 48 milyard 967,8milyon manat olub.

Hesabat dövründə bankların balans kapitalı isə 7 milyard 170,2 milyon manat səviyyəsində qeydə alınıb.

Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.

Seçilən
43
teleqraf.com

1Mənbələr