AZ

Bu baş nazir də Trampı Nobel mükafatına namizəd göstərəcək

Yaponiyanın yeni təyin olunmuş baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi planlaşdırır.

NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Mənbələr bildiriblər ki, Takaiçi, yəqin ki, Trampa bu il bağlanan 550 milyard dollarlıq müqavilə çərçivəsində Amerika investisiyaları paketini təklif edəcək. Bu sazişdə gəmiqayırmanın inkişafı, Amerikanın soya, qaz və pikaplarının alışının artırılması nəzərdə tutulur.

NTV telekanalı hökumətdəki mənbələrə istinadən xəbər verir ki, Takaiçi həmçinin Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırlaşdığını bildirməyi planlaşdırır.

Agentlik qeyd edir ki, bu jestlər Trampın adaları getdikcə daha iddialı Çindən müdafiə etmək üçün xərcləri artırmaq üçün Tokioya qarşı qoyduğu istənilən tələbləri yumşalda bilər.

“Bu, çox möhkəm əl sıxmadır”, – Tramp baş nazirlə Tokioda foto çəkdirərkən söyləyib.

Sonradan ABŞ prezidentinin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə deyib ki, Yaponiyanın baş naziri Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.

NYT qeyd edib ki, tez-tez qlobal münaqişələrə son qoymaq üçün gördüyü işlərdən danışan Tramp mükafatı qazanmaq fikrindədir.

Yaponiya hökumətindən bildirilib ki, Nobel Komitəsinin proseslə bağlı məxfilik prinsipinə əsaslanaraq, Trampın namizədliyinin irəli sürülüb-sürülməyəcəyi barədə şərh verməyəcək.

Xatirə SADİQ

Seçilən
15
nocomment.az

1Mənbələr