Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyətdə olan banklarıncəmi aktivləri 56,138 milyard manat, cəmi öhdəlikləri 48,968milyard manat, balans kapitalı 7,170 milyard manat olub.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bank sektorunun aktivləri ötən ilin oktyabrayının 1-i ilə müqayisədə 10.4% artıb.
Həmçinin, sentyabr ayında bankların cəmi aktivləri və cəmiöhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.
Eyni zamanda hesabat ayında bankların kredit portfeli 2% və ya571.4 milyon manat artaraq 29,276 milyard manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (15,545 milyard manat);
ıı) istehlak kreditləri – 31.4% (9,183 milyard manat) və ııı)ipoteka kreditləri – 15.5% (4,548 milyard manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozitportfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya36,588 milyard manat. Depozit portfelinin 58%-i (21,211 milyardmanat) hüquqi şəxslərin, 42%-i (15,377 milyon manat) fizikişəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fizikişəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10,405 milyard manat)milli valyutada, 32.3%-i (4,972 milyon manat) xarici valyutadadır.Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9,720 milyard manat)müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətliəmanətləri sentyabr ayında 1.7% və ya 159.5 milyon manat, tələbliəmanətləri isə 2.4% və ya 131.4 milyon manat artıb.