Terror Cinayətlərinə Baxış Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı İŞİD-lə əlaqədə olduqları və döyüş bölgələri ilə təmasda şübhəli bilinən 13 xarici vətəndaş barəsində saxlanılma qərarı verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Digər şübhəlilərin tutulması istiqamətində əməliyyatları Ankara Polis İdarəsinin əməkdaşları davam etdirir.