BAKI, 28 oktyabr. TELEQRAF
2025-ci ilin yanvar - sentyabr aylarında Azərbaycanda banklar 910.7 mln. manat xalis mənfəət əldə edib. Bu ötən ilin müvafiq dövrünə nisbətən 9.78% çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, banklar 1 milyard 373.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 mln. manat məbləğində mənfəət vergisi ödənilib.