AZ

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabrayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayanəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkiledib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 13% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16%artıb, kredit kartlarının sayı isə 7% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbəttəsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsızəməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24%artıb.

2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyatakeçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manattəşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 milyonmanatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,086 milyonmanatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmətterminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-nitəşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrədinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayınınsonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı56.5% artıb.

Məqalədə:
Seçilən
70
18
az.trend.az

10Mənbələr