AZ

Yaponiyanın keçmiş baş nazirini öldürməkdə ittiham olunan şəxs günahını etiraf edib

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni qətlə yetirməkdə ittiham olunan 45 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsində keçirilən ilk iclasda öz günahını etiraf edib.

Editor.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məhkəmə zalında ifadə verən Yamaqami “Hər şey doğrudur, bunu mən etmişəm, buna şübhə yoxdur”, – deyə bildirib.

Xatırladaq ki, Şinzo Abe 2022-ci ilin 8 iyulunda Nara şəhərində çıxışı zamanı silahlı hücuma məruz qalmış və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişmişdi. Hücum edən şəxsin Yaponiya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Tetsuya Yamaqami olduğu müəyyənləşmişdi.

İttiham aktına əsasən, Yamaqami Abenin ailəsinin maddi çətinliklər yaşamasına səbəb olduğunu düşündüyü Birlik Kilsəsi (Moon təşkilatı) ilə onun əlaqələrinə görə qisas almaq məqsədilə cinayəti törədib.

Şinzo Abenin dəfn mərasimi həmin ilin 12 iyulunda, rəsmi dövlət dəfni isə 27 sentyabr 2022-ci ildə baş tutub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr