AZ

Ermənistanda hərbi terrorçu ev dustaqlığına buraxılıb

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məhkəmə Mikael Arzumanyan barəsindəki həbs qətimkan tədbirini dəyişdirib

Ermənistanda məhkəmə Qarabağda ləğv edilmiş qondarma qurumun “ordusunun keçmiş komandanı” Mikael Arzumanyan barəsindəki həbs qətimkan tədbirini dəyişdirib. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, hərbi terrorçu ev dustaqlığına buraxılıb. Bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.

Qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardges Sarkisyan verib.

Arzumanyan 1 sentyabr 2022-ci ildən həbsdə idi.

Xatırladaq ki, Arzumanyan 2022-ci ilin sentyabrında həbs edilib. O 375-ci maddə (hərbi səhlənkarlıq) ilə ittiham olunur. Arzumanyan 44 günlük müharibə zamanı Şuşanın müdafiəsində səhlənkarlıqda ittiham edilir ki, bu da müstəntiqlərin fikrincə, şəhərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsinin səbəblərindən biri olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
ayna.az

1Mənbələr