ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Özbəkistanda moped və skuterlər sahəsində qayda-qanun yaratmaq üçün oktyabrdan etibarən onların istismarı yalnız vəsiqə ilə mükündür. Hətta bunun üçün A1 altkateqoriyası da müəyyən edilib. İndi qaydalar təkrarən dəyişir.
Avtosfer.az xəbər verir ki, bu vəsiqəni almaq çətindir. 180 saat nəzəri və 20 saat praktik məşğələ keçməyə çoxlarının pulu və vaxtı yoxdur. Buna görə də, 2026-cı ilin yanvarından etibarən A1 kateqoriyalı vəsiqə almaq üçün vətəndaşlara geniş seçim imkanı verilir. Ümumilikdə A və B kateqoriyalı vəsiqəyə iddiaçılar onlayn, məktəbdə və ya fərdi şəkildə hazırlaşaraq imtahan verə bilərlər. 20 sualdan 16-na düzgün cavab verən şəxs nəzəri imtahandan keçmiş sayılacaq. A1 kateqoriyası üçün praktik imtahan tələb olunmayacaq.
Qeyd edək ki, moped və skuterlərə sürücülük vəsiqəsi məcburiyyəti qısa müddətdə ciddi narazılıq yaratdı, restoranların işini iflic etdi. Minlərlə ailə gündəlik qazancdan məhrum oldu. Hökumətə çoxsaylı müraciətlərdən sonra geri addım atıldı, daha yumşaq qaydaların tətbiqinə qərar verildi.
Vüqar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.