AZ

Rusiyanın vurduğu təyyarədə həlak olan üç ekipaj üzvünə büst qoyuldu – FOTO

AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirələri əbədiləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, II Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə – büst qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirərkən vurulan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Seçilən
31
15
nocomment.az

10Mənbələr