AZ

Birjada isti gün: “Tesla” uçdu, “Apple” və “NVIDIA” arxasınca - SƏHMLƏR

Qlobal fond bazarlarında səhmlərin ümumi artım tendensiyası müşahidə olunub. Tanınmış Amerika şirkətlərinin səhmlərinin qiymətləri orta hesabla 1-3% arası bahalaşıb. 

FED.az xəbər verir ki, günün ən çox diqqət çəkən artımı Tesla şirkətinə məxsus olub. Şirkətin səhmləri 4,31% bahalaşaraq 452,42 dollara çatıb. 

“Alphabet (Google)” səhmləri də 3,62% artımla 269,93 dollara yüksəlib. Apple və NVIDIA kimi digər texnologiya liderləri də günü müsbət nəticə ilə tamamlayıblar. Belə ki, Apple səhmləri 2,28%, NVIDIA səhmləri isə 2,81% dəyər qazanıb.

Bazarın ümumi mənzərəsinə baxıldıqda, səhmlərin əksəriyyəti bahalaşıb, yalnız Berkshire Hathaway (-0,82%) və Johnson & Johnson (-0,05%) şirkətinin səhmləri cuzi dərəcədə ucuzlaşıb.

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

268,81

+2,28

2

Amazon.com

226,97

+1,23

3

Meta Platforms

750,82

+1,69

4

Berkshire Hathaway

488,07

-0,82

5

Visa

347,82

+0,13

6

Johnson & Johnson

190,30

-0,05

7

Microsoft

531,52

+1,51

8

Alphabet (Google)

269,93

+3,62

9

Tesla

452,42

+4,31

10

NVIDIA

191,49

+2,81

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
44
fed.az

1Mənbələr