Xaçmaz rayonunun Hacıqurbanoba kəndinin ərazisində yerləşən fermada yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, nəticədə ümumi sahəsi 1000 kvm olan fermanın yanar konstruksiyalar tam yanıb, 3000 ədəd ev quşu isə tələf olub.
Alovun hardan qaynaqlandığı məlum deyil.
Yanğın yerində FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası işləyib.
Xatırladaq ki, fermanı icarə yolu ilə Xaçmaz şəhər sakini Fərid Fərhadov işlədib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta