Türkiyənin şimal-qərbində yerləşən Balıkəsir vilayətində baş verən zəlzələ dörd binanın dağılmasına səbəb olub.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, dağıntılar arasında üç yaşayış evi və bir tikili var. Həmin binada mağaza fəaliyyət göstərirmiş.
Zəlzələ zamanı bir neçə rayonun sakinləri evlərini tərk edərək küçələrə axışıb. Onlar təkanların təkrarlanmasından ehtiyat etdikləri üçün hələ də evlərinə qayıtmaqdan çəkinirlər.
Nuriyyə NATİQQIZI