AZ

Əməkdar artistin qızı Azərbaycana köçüb bu villada yaşayacaq

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Əməkdar artist Nüşabə Ələsgərli açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçinin qızı Nigar uzun müddətdir yaşadığı Belçikanı tərk edərək Azərbaycana köçəcək.

Bu barədə ifaçı "Qonaqcanlı" verilişinə qonaq olarkən bildirib.

Ələsgərli qızının ailəsi ilə yeni inşa etdirdiyi geniş malikanədə yaşayacağını da açıqlayıb.

Qeyd edək ki, Nigar Doğan adlı Türkiyə vətəndaşı ilə ailə qurub. Cütlük 2019-cu ildə nişanlanıb, 2021-ci ildə isə ailə qurub.

Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır, Doğan isə aşpazdır.

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
baku.ws

1Mənbələr