Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.