AZ

Təyyarə qəzasında həlak olan Milli Qəhrəmanların büstü HAZIRLANDI

Ötən ilin dekabr ayında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin büstü hazırlanıb.

Modern.az xəbər verir ki, hava gəmisinin ekipaj üzvləri Milli Qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanın II Fəxri Xiyabandakı məzarları üzərində büstləri qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
44
2
modern.az

3Mənbələr