AZ

"Araz-Naxçıvan" Rumıniyaya yola düşdü

Ölkə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında iştirak etmək üçün Rumıniyaya yollanıb. 

Fanat.Az-ın məlumatına görə, komanda bu gecə Azərbaycanı tərk edib.

Çempion səfərə Bakı-İstanbul-Buxarest reysi ilə yollanıb. Baş məşqçi Yevgeni Kukseviç yekun heyətdə bir dəyişiklik edib. Xəzər Ağalızadə futzaldan çıxdığı üçün onun əvəzinə "Neftçi"dən İaqo Henrique iştirak ərizəsinə daxil edilib. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya), "Differdanj" (Lüksemburq) və "Tigers Roermond" (Niderland) komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Rumıniyada keçiriləcək. "Araz-Naxçıvan" ilk oyununu sabah meydan sahiblərinə qarşı keçirəcək. 

Mirağa 

Seçilən
0
fanat.az

1Mənbələr