"Seltik" klubu baş məşqçisi Brendon Rocerslə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Ardıcıl alınan uğursuz nəticələrdən sonra 52 yaşlı mütəxəssisin vəzifəsinə son verilib.

Bu, Rocersin "yaşıllar"da ikinci dönəmi idi. O, burada 4 dəfə ölkə çempionluğu sevinci yaşayıb.

"Setlik" hazırda 17 xalla Şotlandiya çempionatında 2-ci yerdədir. Onlar lider "Harts"dan 8 xal geri qalır.