
Ağ Evin mətbuat katibi Karolin Leavitt Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyini açıqladı. Yaponiya mediası bu iddianı təsdiqləsə də, Tokio hökuməti hələ rəsmi açıqlama verməyib.
Ağ Evin mətbuat katibi Karolin Livit jurnalistlərə bildirib ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Livittin açıqlamasından sonra Yaponiya mediası hökumət mənbələrinin Takaiçinin niyyətini təsdiqlədiyini, lakin hələlik rəsmi açıqlama verilmədiyini bildirib.
Takaiçi: "Sülh diplomatiyasında tarixi nailiyyət"
Bu səhər Tokioda Trampla görüşən Takaiçi ABŞ prezidentinin Tayland və Kamboca arasındakı sülh prosesindəki son rolunu yüksək qiymətləndirib.
Takaiçi həmçinin Trampın Yaxın Şərqdə sülhün bərqərar olması səylərini "misilsiz tarixi nailiyyət" kimi vurğulayıb və əlavə edib:
"Qısa müddət ərzində dünya daha böyük sülhdən zövq almağa başlayıb. Cənab Prezident, şəxsən mən sizdən dərin təsirləndim və ilham aldım".