AZ

Milyarder “Wikipedia”ya alternativ yaratdı

Amerikalı milyarder İlon Mask “Wikipedia”ya bənzər öz “Grokipedia” ensiklopediyasını yaradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Nəşr qeyd edib ki, yeni kitabxananın istifadəyə verilməsi anında 885 279 məqalə olub, “Wikipedia”da isə 8 milyondan çox məqalə var.

“Grokipedia” hazırda 0.1 versiyası ilə işləyir. Əsas səhifədə yalnız istifadəçilərdən sorğularını daxil etmək təklif olunan axtarış paneli göstərilir.

“The Washington Post” yazır ki, Mask öz saytının “Wikipedia”ya “daha az qərəzli alternativ” olduğunu iddia edir, lakin əslində kitabxana “fəaliyyətlərində daha az şəffafdır”.

“Grokipedia” İlon Maskın şəxsi chat-botu olan “Grok AI” bazası əsasında çalışır. “Grok” chat-botu modeli 2023-cü ilin noyabrında istifadəyə verilib və dərhal sahibkarın X sosial şəbəkəsinə inteqrasiya edilib. 2025-ci ilin fevralında Maskın xAI şirkəti öz dil modellərinin növbəti nəsli olan “Grok 3”ü təqdim edib.

Xatirə SADİQ

Seçilən
3
nocomment.az

1Mənbələr