AZ

Yol polisi skuter istifadəçilərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsindən skuter istifadəçilərininnəzərinə: Məsuliyyətsizlik faciəyə səbəb ola bilər!

Bakı. Trend:

Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olanfərdi mobil vasitələrdən istifadənin sayının artması müsbətgöstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyatvasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayətedilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həmdə digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin skuteristifadəçilərinə müraciətində qeyd olunub.

"Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qaydapozuntuları sırasında aşağıdakılar yer alır:

* bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi vəqəza riskini artırır);
* piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
* işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
* gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsizhərəkət;
* azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yolhərəkətinə qoşulması.

Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm dəhər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin başverməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyatvasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkətiqaydalarını bilməli və onlara əməl etməliyik.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Skuter vədigər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslərhərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yolhərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər", - deyəməlumatda bildirilib.

Məqalədə:
Seçilən
31
36
az.trend.az

10Mənbələr