AZ

İranlı siyasətçidən hicabla bağlı etiraf: Səhvə yol verdik

BAKI, 28 oktyabr. TELEQRAF

“Hicab məsələsindən əvvəl İran cəmiyyətinin problemləri həll edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin keçmiş deputatı Cəlal Rəşidi Kuçi ölkədə məcburi hicab və geyim qanunundan danışarkən deyib.

“O qədər səhv etdik ki, hicab məsələsi bu vəziyyətə gəlib çatdı. Əvvəlcə cəmiyyətdə razılıq və məmnunluq yaratmalı, xalqın problemlərini həll etməliyik. Bundan sonra, əhalinin əksəriyyətinin fikrini və ağıllı yanaşmaları nəzərə alaraq hicabla bağlı qanunlar yazmaq lazımdır.

Lazım olan məqamlarda mövzularda dəqiq müdaxilə etmədik, nəticədə bu gün vəziyyət çox çətindir”, - o bildirib.

Seçilən
46
teleqraf.com

1Mənbələr