AZ

Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi - RƏSMİ

“Kəpəz” Otar Aptsiauri ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

24 yaşlı legioner mövsüm əvvəli bölgə klubuna transfer edilmişdi.

O, arxada qalan müddətdə cəmi 4 matçda forma geyinib.

“Kəpəz” Otar Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Seçilən
23
sportinfo.az

1Mənbələr