AZ

Ərdoğandan zəlzələdən zərər çəkənlərə dəstək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir əyalətində baş verən zəlzələdən zərər çəkən vətəndaşlara dəstəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ərdoğan sosial mediada paylaşım edib.

"Balıkesir əyalətinin Sinderq rayonunda baş verən və qonşu bölgələrdə də hiss olunan zəlzələdən zərər çəkən vətəndaşlarımıza tezliklə sağalmalarını və dəstəklərini diləyirəm.

Fövqəladə Hallar İdarəmiz (AFAD) və digər müvafiq qurumlar yerində ətraflı araşdırmalar və yoxlamalar aparmağa davam edir. Biz də prosesi diqqətlə izləyirik. Allah ölkəmizi və xalqımızı bütün fəlakətlərdən qorusun", -prezident bildirib.

Sosial mediada yayılan xəbərlərdə Türkiyənin Balıkesir əyalətinin Sinderq rayonunda baş verən zəlzələ nəticəsində binaların dağıldığı göstərilir.

Mediada yer alan xəbərlərə görə, zəlzələnin gücü 6,1 bal olub.

Türkiyə seysmoloqlarının məlumatına görə, təkanlar İstanbul və İzmir də daxil olmaqla bir neçə əyalətdə hiss olunub.

Yerli medianın məlumatına görə, İstanbuldakı zəlzələlər çilçıraqların yellənməsinə və pəncərələrin titrəməsinə səbəb olub.

Seçilən
2
3
operativmm.az

4Mənbələr