Ötən gecə Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, zəlzələ İstanbul və İzmir başda olmaqla, Mərmərə və Egey bölgələrinin bir çox vilayətində hiss olunub. Bildirilir ki, zəlzələnin dərinliyi 5,99 kilometr olub.
Geologiya mühəndisi, Prof. Dr. Okan Tüysüz Sındırgı zəlzələsindən sonra sosial media hesabında diqqətçəkən bir paylaşım edib.
“Ən güclü artçı təkan 4,2 bal gücündə olub. Çoxlu sayda artçı zəlzələlər baş verib və bu təkanlar davam edəcək. Zərər görmüş binalara girməyin. Avqustun 10-dan bu yana Sındırgı bölgəsində 12 mindən çox zəlzələ qeydə alınıb".
Aytən Yaşar/ Turkustan.az