AZ

Fatma Yıldırım: “Bərdə şəhid verdi, amma şərəfini qorudu”

5 il öncə, 2020-ci ilin bu günündə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə kasetli bombalarla həyata keçirilən vəhşi terror nəticəsində 29 mülki vətəndaşımız şəhid oldu, onlarla insan yaralandı. Bu hücum birmənalı olaraq terror aktı idi. Beynəlxalq hüququn bütün normalarına zidd şəkildə mülki əhaliyə, uşaqdan ahıla qədər günahsız insanlara qarşı həyata keçirildi.

Təsəvvür edin döyüş bölgəsindən uzaqda yerləşən, tamamilə mülki əhalinin yaşadığı bir şəhər hədəfə alındı. Və bu terror aktı elə bir silahla həyata keçirilir, istifadəsi qadağan olunmuş kasetli bombalar. Məqsəd dinc əhalini qorxutmaq və xaos yaratmaq idi.

Ən önəmli hədəf isə, Azərbaycan xalqının iradəsini qırmaq idi. Amma alınmadı. Bərdə əyilmədi, susmadı. Bərdə şəhid verdi, amma şərəfini qorudu.

Bu gün mən Bərdə rayonunun millət vəkili olaraq, şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların ailələrinə bir daha dərin ehtiramımı bildirirəm. Bu qan yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi və haqq-ədalət bərpa olundu.

Amma bu terror aktını unutmamalıyıq. Bu hadisə həm də beynəlxalq ictimaiyyət üçün bir sınaq idi və biz görürük ki, bəzi dairələrin bu vəhşiliyə susqun münasibəti hələ də ikili standartların davam etdiyini göstərir.

Seçilən
11
publika.az

1Mənbələr