AZ

Azərbaycanda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişli açıqladı

“Azərbaycan ərazisində təkcə bu gün 17 yeraltı təkan qeydə alınıb”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O xatırladıb ki, Azərbaycan seysmik zonada yerləşmir:

“Ümumiyyətlə ölkəmizdə yeraltı təkanlar gündəlik olaraq baş verir. Bu aydın məsələdir. Yer daxilində hər zaman termodinamik proseslər gedir. Bunun nəticəsində də müxtəlif təkanlar yaranır. Təkcə bu gün Azərbaycan ərazisində 17 təkan qeydə alınıb. Heç biri də hiss olunmayıb. Türkiyədə olan zəlzələnin də Azərbaycana heç bir aidiyyatı yoxdur. Eyni zamanda bizdə elə bir texnogen bölgə yoxdur ki, orada maqnitudası 6 və 6-dan çox olan zəlzələlər baş versin. Hiss olunanı da ola bilər, amma elə bir qorxulu proses yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər”.

Qeyd edək ki, oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Balıkesirin Sındırqı rayonunda qeydə alınan zəlzələdə yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib və İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.

Seçilən
3
3
konkret.az

4Mənbələr