AZ

Aleksandr Vuçiç Özbəkistanda rəsmi səfərdədir

BAKI, 28 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Serbiya Prezidenti Aleksandr Vuçiç xanımının müşayiəti ilə oktyabrın 28-də Daşkəndə rəsmi səfərə gəlib.

Teleqraf xəbər verir ki, Daşkənddə çoxşaxəli Özbəkistan-Serbiya əməkdaşlığının gələcək inkişaf perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli danışıqlar aparılacaq.

Danışıqlarda sənaye, aqrar-sənaye və əczaçılıq, informasiya texnologiyaları və rəqəmsallaşma, turizm və təhsil kimi sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

Danışıqların ikitərəfli sənədlər paketinin imzalanması ilə yekunlaşacağı gözlənilir. Həmçinin beynəlxalq əhəmiyyətli aktual məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Aleksandr Vuçiç bu həftə Səmərqənd şəhərində başlayacaq UNESCO Baş Konfransının 43-cü sessiyasında fəxri qonaq qismində iştirak edəcək.

Seçilən
61
teleqraf.com

1Mənbələr