AZ

Abenin qatili günahını etiraf edib

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yaponiyada ölkənin keçmiş Baş naziri Şinzo Abeni qətlə yetirməkdə təqsirləndirilən hərbçi Teçuya Yamaqaminin məhkəməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın ictimai televiziyası yayıb. 

Məlumata əsasən, Yamaqami məhkəmədə qəsdən adam öldürmək ittihamı üzrə özünü təqsirli bilib. 

İş üzrə hökmün 2026-cı il yanvarın 21-də çıxarılacağı gözlənilir. Ümumilikdə isə gələcək aylarda 19 məhkəmə iclası baş tuta bilər. 

Xatırladaq ki, keçmiş hərbçi Teçuya Yamaqami 2022-ci il iyulun 8-i Nara şəhərində çıxış edən Şinzo Abeni belindən güllələyərək qətlə yetirib. 2023-cü il yanvarın 10-u isə Yamaqaminin 2022-ci ilin iyulundan davam edən psixiatrik müayinəsi başa çatıb. Müayinənin nəticələrinə əsasən Yamaqami qətli törədərkən anlaqlı vəziyyətdə olub. Bu səbəbdən də, o, qapalı tibb müəssiəsindən Nara şəhərində yerləşən həbsxanaya köçürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
qafqazinfo.az

1Mənbələr