Hurriyyet.az xəbər verir ki, tərk edilmiş Çernobıl zonasında qeyri-adi rəngdə - göy tüklü itlər aşkar edilib.
Bu barədə Britaniyanın "Deyli Meyl" (Daily Mail) nəşri "Clean Futures Fund" qeyri-kommersiya fondunun müşahidəçilərinə istinadla məlumat verib.
Məlumatda bildirilir ki, tədqiqatçılar içərilərində tamamilə göy tüklərlə örtülmüş itlər olan bir bir neçə sürünü qeydə alıblar. Qəribə rəngdə olduqlarına baxmayaraq, heyvanlar sağlam və fəal görünüblər.
Alimlərin fərziyyələrinə görə, qeyri-adi rəng kimyəvi maddələrin təsiri ilə bağlı ola bilər. Bundan əvvəl aparılmış tədqiqatlar göstərmişdi ki, Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verəndən sonra keçən illər ərzində yerli itlər radiasiyaya və ağır metallara davamlılıq kimi yeni genetik xüsusiyyətlər qazanıblar.
Hürr Tərcüman
 
                        