BAKI, 28 oktyabr. TELEQRAF
"Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı həbs qərarı verilib və artıq onun digər əməlləri də üzə çıxır. Yeni Azərbaycan Partiyasından da (YAP) onun çıxarılması ilə bağlı məsələyə mütləq baxılacaq. Bununla bağlı konkret vaxt deyə bilmərəm. Amma əminəm ki, o YAP-da qalmayacaq".
Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Şura sədri bildirib ki, Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubundan xəbəri yoxdur: “Amma onunla bağlı nə qədər sənəd üzə çıxsa belə, mən onun haqqında mənfi fikirdəyəm”.
Arif Rəfimzadə hesab edir ki, bu kimi faktların çoxluğunun - azlığının heç bir mənası yoxdur: Bu adam oradan yəni, Prezident Administrasiyasından getməli idi. Çünki onun qanunazidd hərəkətləri çox olmuşdur”.