AZ

Keçən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 42 % artıb - Samir Şərifov

Keçən il Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 42 % artaraq 506 milyon ABŞ dollarına çatıb.

Missiya.Az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasında çıxışı zamanı deyib.

İclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib.

Eyni zamanda tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Seçilən
20
missiya.az

1Mənbələr