AZ

Bankların xalis mənfəəti 10 faizə yaxın artıb

2025-ci ilin yanvar - sentyabr aylarında (9 ayda) banklar 910.7 milyon manat xalis mənfəət, 1 milyard 373.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankların cəmi xalis mənfəəti 81,1 milyon manat və ya 9,8%, əməliyyat mənfəəti 104,5 milyon manat və ya 8,3% artıb. 

Xatırladaq ki, 2024-cü ilin yanvar – sentyabr aylarında banklar 829.6 milyon manat xalis mənfəət, 1 milyard 268.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdi.

Seçilən
11
marja.az

1Mənbələr