AZ

Səidə Mirziyoyeva Qorla görüşdü

BAKI, 28 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Sercio Qor və dövlət katibinin müavini Kristofer Landunun başçılıq etdiyi Amerika nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, ABŞ administrasiyasının nümayəndələri Özbəkistanda son 8 ildə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatların intensivliyi və sürətli tempini qeyd ediblər.

“Ölkələrimiz arasında ticarət sahəsində açılan imkanlara xüsusi diqqət yetirdik. İctimai təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Bu cür görüşlər bizə tərəflərin potensialını daha yaxşı anlamağa və reallaşdırmağa imkan verir. Ölkəmiz açıq siyasəti ilə təhsil, mədəniyyət, iqtisadiyyat və bir çox digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə daha çox tərəfdaş cəlb edir”, - Səidə Mirziyoyeva görüşlə bağlı sosial media hesabında yazıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr