AZ

Gəncədə yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Gəncədə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospekti ilə Ələkbər Bəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. "Hyundai" və "Fiat Donlo" markalı minik avtomobillərinin toqquşması zamanı bir nəfər - 1953-cü il təvəllüdlü O. Süleymanov hadisə yerində ölüb, 4 nəfər - 2004-cü il təvəllüdü R. Mehdiyev, 1989-cu il təvəllüdlü Ə. Verdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimova isə xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onlara yardım edilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 28-də saat 08:10 radələrində 4 nəfər (3 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır olan şəxslərin müalicələri müvafiq şöbədə davam etdirilir.

Gəncədə Gəncədə
Seçilən
17
apa.az

1Mənbələr