AZ

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş ÖZƏL

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu edib.

Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev, 50-60 nəfərin oturması  üçün oturacaqlar da qoydurub.

Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub.

Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış.

Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin  iclas salonu da iştirakçısız qalıb. 

Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
11
icma.az

10Mənbələr