AZ

Orbandan xəbərdarlıq: Rusiya ilə müharibəyə səbəb olacaq

BAKI, 28 oktyabr. TELEQRAF

“Avropa İttifaqının Rusiyanın maliyyə aktivlərini istifadə etmə niyyəti Moskva ilə birbaşa qarşıdurmaya yol aça və müharibənin prelüdiyası ola bilər”.

Teleqraf xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orban deyib.

“Brüsseldə yeni bir “möcüzəvi silah” peyda olub: Avropadakı Rusiya valyuta ehtiyatlarının mənimsənilməsi və istifadəsi. Bu, Rusiya ilə Avropa arasında qarşıdurma yaradacaq, hətta müharibəyə səbəb ola bilər. Qarşıdurmanın eskalasiyasının qarşısını yalnız Rusiya-Avropa birbaşa danışıqları ilə almaq olar. Son günlər keçirilən görüşlərdə biz buna təkid edirdik”, - o vurğulayıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr