Rusiya ordusunun oktyabrın 22-də Kiyevə endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanan qadın bu gün xəstəxanada dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko "Telegram" kanalında məlumat verib.
“22 oktyabrda paytaxtın düşmən atəşi nəticəsində xəsarət alan və ağır vəziyyətdə olan qadın xəstəxanada vəfat edib” – Kliçko yazıb.
Bununla da hücum nəticəsində ölənlərin sayı üçə çatıb.
Qeyd edək ki, 22 oktyabr gecəsi Rusiya ordusu Ukraynanın enerji infrastrukturu və şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib. Həmin gün Kiyevdə iki nəfər hadisə yerində həlak olub, 20-dən çox şəxs yaralanıb. PUA-lardan birinin 16 mərtəbəli yaşayış binasına düşməsi nəticəsində binanın altıncı mərtəbəsində yanğın baş verib.