İlkin Həsəni yeni çəkdiyi reklam çarxı ilə sosial şəbəkələrdə qınaq hədəfi olub.
Yenisabah.az xəbər verir ki, o, hava limanında mövcud olan taksi problemi mövzusunda hazırlanmış reklam videosunda rol alıb və həmin görüntüləri öz sosial media hesabında paylaşıb.
Bir çox istifadəçi taksi qiymətlərinin süni şəkildə artırılmasını və digər sürücülərin hava limanından müştəri götürə bilməməsini görməzliyə vurmasına görə İlkin Həsənini tənqid edib. Onlar bildiriblər ki, bu vəziyyət insan haqlarına ziddir və aparıcının prosesi tərifləməsi düzgün addım deyil. Toyuqlu pizza
Taksi qiymətlərinin 30 manatdan baha olması daha çox müzakirələrə səbəb olub. Şərhlərdə “26 manatla camaat Bərdəyə, oradan da Ağdama gedir” kimi ironik fikirlər səsləndirilib.
Aydan Hacı
Telegram kanalımız