AZ

Davud Rəhimli: “Əlillik sahəsində yeni bir mərhələnin başlanğıcını qoyduq”

Bu gün Bakıda keçirilən Əlil Təşkilatları İttifaqının (ƏTİ) 20 illik fəaliyyətinə həsr olunmuş tədbirdə ƏTİ-nin prezidenti Davud Rəhimli iştirakçılara təşəkkürünü bildirib və İttifaqın yaranma tarixindən, məqsəd və fəaliyyət istiqamətlərindən danışıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, 2003-cü ildə əlillik sahəsində fəaliyyət göstərən səkkiz təşkilatın bir araya gəlməsi ilə Əlil Təşkilatları İttifaqı təsis olunub və 2005-ci ildə dövlət qeydiyyatına alınıb:

“Bu gün İttifaqda 41 təşkilat birləşib və hər biri özünəməxsus fəaliyyət istiqamətinə malikdir. Bizim əsas məqsədimiz onların fəaliyyətini əlaqələndirmək, əməkdaşlığı gücləndirmək və beynəlxalq tərəfdaşlıqları inkişaf etdirməkdir,” – deyə Davud Rəhimli qeyd edib.

Prezident vurğulayıb ki, İttifaqın yaranması respublikada əlillik sahəsində yeni bir mərhələnin başlanğıcı olub və bu sahədə birgə fəaliyyət və qarşılıqlı əməkdaşlığın inkişafına şərait yaradıb.

Seçilən
11
qht.az

1Mənbələr