AZ

YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının nümayəndələri şəhid İsmayılov Camal, Məhərrəmov Orxan və Məmmədov Muradın ailələrini ziyarət edib.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı ailələrin gündəlik həyat şəraiti və qayğıları diqqətlə öyrənilib, onlara həm maddi, həm də mənəvi dəstək göstərilib. Ailə üzvləri övladlarının Vətən uğrunda göstərdikləri fədakarlıqlardan danışaraq qürur hisslərini ifadə ediblər.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyaya xüsusi münasibətinin nümunəsi kimi qiymətləndirilib.

Bundan başqa, şəhid Təhməzov Rövşən, Xələfli Mahir və Rzayev Tərlanın ailə üzvləri YAP Sumqayıt şəhər təşkilatında təşkilatın sədri Ramiz Hüseynov ilə görüşüblər.

Görüş zamanı ailələr göstərilən qayğı və diqqətə görə təşəkkürlərini bildiriblər və vurğulayıblar ki, dövlətin və partiyanın bu dəstəyi onların sosial rifahını və mənəvi dayanıqlılığını gücləndirir.

Təşkilat sədri Ramiz Hüseynov çıxış edərək bildirib ki, şəhidlərin xatirəsini uca tutmaq və ailələrinə davamlı qayğı göstərmək hər bir YAP üzvü üçün əhəmiyyətli vəzifədir. O əlavə edib ki, Yeni Azərbaycan Partiyası şəhid ailələrinin yanında olaraq dövlətin humanist siyasətini əyani şəkildə dəstəkləyir və həyata keçirir.

Seçilən
11
ikisahil.az

1Mənbələr